İranlı qadınlar “Ananın Cənnəti” adlı parklara yürüş edirbackend

İranlı qadınlar “Ananın Cənnəti” adlı parklara yürüş edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İranda qadınların tabe olması lazım gələn bir geyim qaydası var. Hicab taxmaq, uzun şalvar geymək və budlarını örtən bir köynək geymələri şərt. Amma \”Ananın Cənnəti\” adı verilən parkda belə bir zərurətlər yoxdur. Tehranda 2008 – ildə açılan park, daha sonra qonşu şəhərlərə də yayıldı. İndi İsfahan kimi populyar şəhərlər olmaqla 5 dənə park var.

Tehranlı qadın bərbəri Laleh, \”Hicabı çıxarmağı sevirəm\”- İran mərkəzindəki bir parkda dostlarımla bir ziyafət masasında oturanda. \”Burada incə paltarlar geyinirəm, həqiqətən çox əylənirəm, bir azadlıq hissi yaşayıram\”. Yanındakı bir qrup qadın isə dar şalvarlar və qolsuz köynəklər geymiş, yüksək səsli musiqinin ritminə uyğun rəqs edirlər. \”Hicabdan nifrət edirik. Hicabsız bir yerlərə getmək, idman etmək, qaralmaq bizi çox xoşbəxt edir\”-deyir.

Burada qadınlar yerlərdə səhər yeməyini yeyib, mütəxəssislər köməyi ilə fitness edirlər, yüngül içkilər içib, uşaqları ilə məşğul olurlar. Şortlu, mini ətəkli qızlar da var, amma hicab və üzərindəki pencəkləri heç çıxarmayanlar da. Mavi uniformalı qadın vəzifəlilər isə hər şeyi izləyir, çünki fotoşəkil çəkmək qətiyyən qadağandır.

Qadınlar yenə də bu parkların kişilər tərəfindən zəbt etməsindən narahatdırlar. \”Bizim bir çox qadın memamırımız var, amma onların fikri önəmli deyil\”.
Yenə də bu parklarda yer tapmaq bir az çətindir, çünki hər zaman yaxınlıqlardakı binalardan, eyvanlardan, pəncərələrdən kişilərin onları görmək riski var. Bu üzdən adətən erkən gedərək, uyğun yer tapmağa çalışırlar.

İranlı qadınlar "Ananın Cənnəti" adlı parklara yürüş edir

İnterpress.az