“Yüz-iki yüz minlik “Gelandewagen”lərlə yanaşı…” — Deputatdan həyəcan təbilibackend

“Yüz-iki yüz minlik “Gelandewagen”lərlə yanaşı…” — Deputatdan həyəcan təbili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, hadisələri müqayisə edərkən Avropa ölkələrindəki təcrübədən yararlanmağı təklif edərək bildirib:

\”Azərbaycanda hər gün onlarla avtoqəza baş verir. Elə bir insan yoxdur ki, yaxın adamını, qohumunu, qonşusunu qəzada itirməsin. Azərbaycanda baş verən avoqəzaları Avropa ölkələri ilə müqayisə edəndə adamı dəhşət bürüyür. Demək olar eyni markalı avtomobillər sürürük. Yollarımız Avropa ölkələrinin yollarından heç də fərqlənmir. Yollarda kamera-radar sistemi quraşdırılıb, 24 saat nəzarət mövcuddur. Bəs, bu qədər qəzanın baş verməsində səbəb nədir? Niyə hər gün onlarla avtoqəza olur? Niyə bu qədər insanı yollarda itiririk, trafik canavarlarına qurban veririk?\”

Deputat ölkəmizdə sürücülük mədəniyyətinin aşağı səviyyədə olmasından gileylənib:

\”Mən də hər gün bu qəzaların şəxsən şahidi oluram, yadud mətbuatdan izləyirəm. Müşahidələrim göstərir ki, qəzaların baş verməsinə əsas səbəb ölkəmizdə sürücülük mədəniyyətinin aşağı səviyyədə olması ilə bağlıdır. \”Mən daha sürətli sürürəm\”, \”mən heç kəsdən çəkinmirəm\”, \”mən heç vaxt kəmər taxmamışam\”, \”bir zənglə yol polisini razı salıram\” və s. fikirləri yəqin ki, siz də ayrı-ayrı sürücülərin dillərindən eşitmisiz. İnandırım sizi baş verən qəzaların 90 faizi bu cür təfəkkür sahibi olan sürücülər tərəfindən törədilir. Təbii ki, belələrinin içərisində \”papanın gül balaları\” da var, orta təbəqənin nümayəndələri də… Yüz-iki yüz minlik \”Gelandewagen\”lərlə yanaşı, üç-dörd min manata \”07\” alıb şəhərdə \”avtoşluq\” edənlərə də rast gəlinir. Demək ki, problem insanın atasının məmur, imkanlı olub-olmamasında deyil, tərbiyəsində, əxlaqındadır\”.

A.Əliyev yol hərəkətinin düzgün tənzimlənməsi və mövcud problemlərin aradan qaldırılması üçün maariflənmənin vacib olduğunu qeyd edib:

\”Düşünürəm ki, sürücülük vəsiqəsinin verilməsi proseduruna yenidən baxılmalıdır. Biz bu sahədə inkişaf etmiş ölkələrin təcrübələrindən yararlanmalıyıq. Əks halda yaxınlarımızı qəzalarda itirməkdə davam edəcəyik. Öz növbəsində, piyadaların da maariflənməsinə ehtiyac var. 50-100 metr piyada keçidinə qədər yeriməyə tənbəllik edirlər, yolu təz keçməkdən ötrü bəzən baryerləri aşırlar. Bütün bunların nəticəsində sürətli avtomobil sürən sürücülerin \”qənimi\” olurlar.

Bu ölümlərdə də turistləri günahlandırmalıyıq, yoxsa günahı özümüzdə görməliyik?\”

İnterpress.az