Göyçayda intihar hadisəsi baş veribbackend

Göyçayda intihar hadisəsi baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə avqustun 13-də gecə saat 23:00 radələrində rayonun İnçə kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Qəhrəmanov Fərman İnqilab oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

İnterpress.az