Göyçay Peşə liseyində korrupsiya faktıbackend

Göyçay Peşə liseyində korrupsiya faktı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət öncə Göyçay peşə litseyində baş verən korrupsiya ilə bağlı İnterpress.az-a məlumat daxil olmuşdu. Həmin məlumatda bir neçə fakta toxunsaqda, reallıqların çoxunu qeyd etməməşdik. Yəni, Göyçay Peşə litseynin müdiri Qabil Zeynalovun digər maxinasiyaları barədə məlumatı gələn saylarımızda xəbər verəcəyimizi bildirmişdik. Bu dəfə isə şagirdlər artıq direktorun özbaşınalığından təngə gələrək açıq məktub yazıblar. Hefte.az saytı şagirlər tərəfindən göndərilən şikayət məkubunu araşdırıb.

Belə ki, Liseyin rəhbərliyi Azərbaycan qanunlarına məhəl qoymaraq, qeyri-qanuni şəkildə 2013-cü il buraxılışı olan Göyçay 7 saylı orta məktəbin 9-cu sinif şagirdləri Şirinova Nərmin Ehtibar qızını, Əliyeva Məkkə Samir qızını və Abbasova Fatimə Adil qızının xəbəri olmadan onların sənədlərini peşə litseyinə qəbul etmiş və hər birinin adına aylıq tələbə müavinəti yazmışdır. Yəni, adıçəkilən şəxslərin hər birinə dövlət tərəfindən ayrılan illik pullar peşə litseyin müdirinin şəxsi cibinə daxil olub. Məsələn, Şirinova Nərmin Ehtibar qızına məxsus olan 1254 manat, Əliyeva Məkkə Samir qizina məxsus olan 1064 manat və Abbasova Fatimə Adil qızına ayrılan 860 manat məbləğ Göyçay Peşə Litseyinin müdiri Qabil Zeynalob mənimsəmiş və problemin yaranacağını gördükdə “müdir” həmin şəxsləri 18 aydan sonra məktəbdən uzaqlaşdırmışdır. Halbuki həmin şəxslər heç bir zaman həmin məktəbdə təhsil almamışdır. Maraqlısı budur ki, tələbələrin və valideynlərin şikayəti əsasında Litseydə yoxlama aparan Maliyyə nazirliyi bu faktları aşkar etmiş və həmin məktəbin müdiri olmaqla 7 (yeddi) nəfər müəllimə cərimə kəsmişdir. Həmin cərimələr bu günə qədər onların əmək haqqısından tutulur. Maliyyə nazirliyinin və digər əlaqədar təşkilatların təftiş yoxlamalırına baxmayaraq Liseyin rəhbəri Qail Zeynalov ” Burda mənəm, Bağdaddda kor xəlifə” defizi ilə liseyi idarə edərk öz bildiyini edir. O, 11(on birinci) sinif şagirdlərinin məktəbə qəbulunu pullu yəni illik 300 manat alaraq Təhsil Nazirliyinin adından istifadə edir. Bu isə onu göstərir ki, nə Təhsil nazirliyi, nədə Rayon icra hakimiyyəti bu şəxsə güldə ağır söz demək fikri yoxdur. Bəs səbəb nədir?

Onu da qeyd edək ki, liseyin direktoru Qabil Zeynalov Göyçayda əkin sahələrinidə özəlləşdirib. Adının açıqlanmasını istəməyən işçilərdən biri redaksiyamıza bu barədə məlumat verib.

\”Göycay Peşə Liseyinin torpaqları hər il payız fəslində əkilirdi və dərs ilinin sonunda da məhsul yığılırdı. Daha sonra liseyin işcilərinə satılırdı. Bu il ərazi əkilmədi və eşitdiyimizə görə Qabil Zeynalov bu il əraziyə heç bir səlahiyyətli şəxsə məlumat vermədən çəltik əkdirib. Ərazinin əkilməsi haqqında heç bir məlumat vermir, bilmirik torpağı satıb mı yoxsa, zəbt etdiribmi?\”

İnterpress.az