Rusiya: feminist festivalı təşkilatçılarını həbs ediblərbackend

Rusiya: feminist festivalı təşkilatçılarını həbs ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krasnodar diyarının Cuqba qəsəbəsində polis \”Həvvanın qabırğaları\” feminist festivalı təşkilatçılarının tutulub saxlanmasını turist bazası ərazisində iğtişaşlar barədə məlumatın alınması ilə izah edib.
\”Həvvanın qabırğaları\” festivalı avqustun 13-dən 20-nə kimi keçirilməli idi. Kino nümayişi, qadın ədəbiyyatı və iş yerlərində qadınların ayrı-seçkiliyə məruz qalması mövzusunda mühazirələrin keçirilməsi planlaşdırılırdı.

Lakin özlərini \”kazak\” kimi təqdim edən insanlar tərəfindən sosial şəbəkələr və telefon vasitəsilə hücumlarla hədələmələri səbəbindən tədbiri ləğv etməli olublar.
Oksana Vasyakinanın BBC Rus xidmətinə dediyinə görə, avqustun 14-ü səhər saat 6:40-da \”Çayka\” turbazasında dörd nəfər mülki geyimli şəxs qadınların yatdığı otağa soxulub. Sonradan onlardan birinin polis müfəttişi olduğu məlum olub.

Saat 7-də qadınları Cuqba polis şöbəsinə aparıblar. Onları cinayət axtarış əməkdaşlarının kabinetinə gətirib, \”rejim obyektində\” olduqları üçün telefonlarını söndürməyi tələb edib, izahat verməyə məcbur ediblər.
Polislər qızlara bildiriblər ki, onların turbazada istirahət edənlərlə münaqişələrinə dair şikayət daxil olub, Vasyakina deyib.
Polis feminist hərəkatı fəalları Taisiya Simonova, Yelena İvanova, Leda Qarina, Oksana Vasyakina, Lolita Aqamalovanı və səkkizyaşlı uşağı həbs edib, Taisiya Simonovanın əri Semyona istinadən \”OVD-info\” xəbər yazır.

Cuqba polis şöbəsindən də BBC Rus xidmətinə qadınların bu səbəbdən tutulub saxlanmasını təsdiqləyiblər.
\”Deyirlər ki, onlar istirahət bazası ərazisində qalmaqal salır, dincələnlərə mane olurlar. Bu, məlumatlar təsdiqlənməyib, ona görə biz onları buraxacağıq\”, polislər deyib.
Hərəkat fəallarının sözlərinə görə, polis şöbəsində onlara deyiblər ki, barmaq izlərini vermək lazımdır, çünki şöbəyə düşənlərin hamısı belə edir. Amma, son nəticədə, barmaq izlərini almayıblar.
Polislər iki şahidin iştirakı ilə qadınların şəxsi əşyalarını müayinə ediblər. Vasyakinanın dediyinə görə, narkotik və silah axtarırmışlar.
Günortaya yaxın tutulub saxlanılanları buraxıblar. Polislər deyiblər ki, \”Çayka\” turbazası məşhurdur və fəalları başqa \”qalmaqal qaldıran uşaqlı qadınlarla səhv salıblar\”. (bbc)

İnterpress.az