İKBY-də referendum tarixi təsdiq olundu!backend

İKBY-də referendum tarixi təsdiq olundu!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyi (IKBY) Müstəqil Yüksək Seçki və Referendum Komissiyası, referendumun 25 sentyabr tarixində keçirilməsi qərara səs çoxluğuyla təsdiq edib.

Müstəqil Ali Seçki və Referendum Komissiyasının sözçüsü Şirvan Zirar, Ərbil şəhərində keçirdiyi mətbuat toplantısında, \”Komissiyamız, Kürdüstan Bölgəsi Rəhbərliyinin referendumun 25 sentyabrda keçirilməsi tələbini səs çoxluğuyla qəbul edib\” -dedi.

İraq xaricində yaşayıb, referenduma iştirak etmək istəyən vətəndaşların vəziyyətinə dair Zirar, \”Doldurulacaq bir forma ilə vətəndaşlar elektron sistem üzərindən referenduma qatılacaq\”. Deyə danışdı.

Zirar, İKBY prezident və deputat seçkiləri üçün alınan qərara da toxunaraq, 1 noyabrda həm prezident, həm də deputat seçkilərinin keçiriləcəyini ifadə etdi.

Qeyd edək ki, İKBY Rəhbəri Məsud Bərzani, 7 iyunda siyasi partiya nümayəndələri ilə bir araya gəldiyi toplantıda, referendumun 25 sentyabrda keçirilməsi təklifini seçki komissiyasına təqdim etmişdi.

İnterpress.az