80 yaşlı kişi ikinci mərtəbədən yıxılaraq ölübbackend

80 yaşlı kişi ikinci mərtəbədən yıxılaraq ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Maştağa qəsəbəsində baş verib.

1937-ci il təvəllüdlü Abbasov Ağamirzə Hüseyn oğlu özünə məxsus fərdi evin ikinci mərtəbəsindən yıxılıb. Ağır xəsarətlər alan ahıl kişi 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Ağamirzə Abbasovun həyatını xilas etmək mümkün olmayıb və o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

İnterpress.az