Böyük Şübhə: Burkina Fasoda Təcavüzə Məruz Qalan Restoran FETOÇULARIN ola bilərmi?backend

Böyük Şübhə: Burkina Fasoda Təcavüzə Məruz Qalan Restoran FETOÇULARIN ola bilərmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Burkina Fasoda Əziz İstanbul adlı Türk restoranına təşkil olunan silahlı hücumda biri Türk 18 nəfər həyatını itirib. Təcavüzkarların cihatçı qruplar olduğu güman edilir.
Paytaxt Vagaduguda restorana motosikletlərlə gələn 3 və ya 4 nəfər, eyvanda yemək yeyənləri atəşə tutub. Dünən axşam 21.00 sıralarında meydana gələn hadisədə polislə təcavüzkarlar arasında toqquşma səhər 05.00-ə qədər davam edib.Hücumu təşkil edənlərdən ikisi öldürülüb.

Silahlı hücumda biri Türk 18 nəfər ölüb, 8 nəfər yaralanıb. Ölənlərin çoxunun uşaq və qadın olduğu açıqlanıb. Hücumu üzərinə götürən olmasa da əvvəl şübhəli Əl-Qaidəyə bağlı İslami Məğrib qrupu hesab olunub. Bu terror təşkilatı keçən il bir başqa restoran və otelə hücum etmiş, 30 nəfər həyatını itirmişdi.

Türkiyə Xarici İşlər Naziriliyindən gələn açıqlamada nə restoranın adına yer verilib, nə də Türk restoranı ifadəsi istifadə edilib. Bu detal, \”Təcavüzün keçirildiyi restoranın FETO mənsublarına aid olub olmadığı\” sualına gündəmə gətirib.

İnterpress.az