Ruhanidən ABŞ-a: “Saatlar içərisində ləğv edərik”backend

Ruhanidən ABŞ-a: “Saatlar içərisində ləğv edərik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ria Novosti”yə istinadən xəbər verir ki, İran Prezidenti Həsən Ruhani, ABŞ-ın yeni sanksiyalara israrla davam etməsi vəziyyətində İranın saatlar içərisində nüvə sazişi ləğv edə biləcəyini söylədi.

Canlı yayımlanan bir məclis iclasında danışan Həsən Ruhani, \”ABŞ-dəki yeni dövlət adamları, sanksiya və qətllərin olduğu keçmiş dövrə qayıtmaq istəyirsə, İranın bir neçə həftə-ay deyil, bir neçə saat içində keçmiş gücünə çox daha inkişaf etmiş kimi qayıdacağını bilməli\” – dedi.

Ruhani, \”Dünya, Trump rəhbərlik Amerikanın beynəlxalq müqavilələri inkar etdiyini aydın şəkildə görür. Nüvə sazişi zərbə endirir, Paris və Kuba sazişlərində sözündən geri qayıdır. Birləşmiş Ştatlar yaxşı tərəfdaş və ya etibarlı bir müzakirəçi deyil\”- ifadələrini istifadə etdi.

İran, 2015-ci ildə İngiltərə, Çin, ABŞ, Fransa, Almaniya və Rusiya ilə nüvə sazişi imzalayaraq nüvə fəaliyyətini məhdudlaşdırmış, əvəzində isə ölkəyə tətbiq edilən embarqonu yüngülləşdirmişdi.

Qeyd edək ki, avqust ayının ilk günlərində Donald Trump, Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar nəzərdə tutan qanun layihəsini qəbul etmişdi. Sanksiyalar, İranın balistik raket proqramları ilə insan haqları pozuntularını hədəfə alırdı. ABŞ Xəzinə Nazirliyi, iyul ayında İranın balistik raket proqramında oynadıqları rol səbəbilə, 6 İran şirkətinə sanksiya tətbiq etmişdi.

İnterpress.az