Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Nuşirəvan Məhərrəmli seriallarla bağlı xüsusi müraciət edəcək

Milli Televiziya və Radio Şurası (MTRŞ) milli teleserialların çəkilməsinin maliyyələşdirilməsi ilə bağlı xüsusi müraciət edə bilər.

Dərc edilib: 16 avqust 2017 [15:24]
Baxış sayı: 437

Bunu Trend-ə Şuranın sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli qeyd edib ki, teleseriallarla bağlı məsələ gündəmdədir: "Vaxtilə cənab Prezident İlham Əliyev bu sahənin canlanması, xarici seriallardan milli seriallara keçmək məqsədilə iki dəfə vəsait ayırdı. Bu, daimi olacaq maliyyə ayırmaları deyildi. Bu gün də bu sahədə müəyyən işlər görülür. Bilirsiniz ki, "Xəzər" və ATV telekanalları milli seriallar çəkir. Təbii ki, belə serialların çəkilməsi bizi çox sevindirir. Biz istərdik ki, onların sayı artsın və bu sahəyə sponsorlar və sahibkarların da marağı olsun. Amma bu sahədə mövcud vəziyyəti bir daha müzakirə edəcəyik və həqiqətən də maliyyələşdirmə ilə zərurət yarandığı aydın olsa, xüsusi müraciət edəcəyik. Amma hesab edirəm ki, bu, dövlətin üzərinə düşən bir vəzifə deyil”.

Böyük dövlətlərdə, misal üçün Türkiyədə serialların gəlir əldə etmək məqsədilə çəkilməsi məsələsinə münasibət bildirən MTRŞ sədri bildirib ki, Türkiyə böyük dövlətdir, geniş auditoriyası , satış bazarları var, öz məhsullarını başqa ölkələrə satır: "Bəs Azərbaycan öz məhsullarını hara satacaq və ya Türkiyə serialları ilə rəqabətə girə biləcəkmi?! Bunun üçün zaman və maliyyə vəsaiti lazımdır. Təbii ki, birdən-birə bu məqsədə çatmaq asan deyil”.

İnterpress.az










Oxşar xəbərlər

Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 458