Nadir arxeoloji tapıntılar oğurlandı – Azərbaycanda ilginc cinayətbackend

Nadir arxeoloji tapıntılar oğurlandı – Azərbaycanda ilginc cinayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın xəbərinə görə, nadir tapıntılar rayonun Gürdəsər kəndinin Piboz təpə adlanan ərazisində aparılmış qazıntılar zamanı aşkar edilmişdi.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində tədbirlər görülür, yerli sakinlərin evlərində axtarış aparılır. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova faktı təsdiqləyib. O bildirib ki, məsələ ilə əlaqədar aidiyyəti qurumlara müraciət olunub.

Qeyd edək ki, bir müddət əvvəl Lerik rayonunda Arxeologiya və Etnoqrafiya İnstitutunun apardığı arxeoloji qazıntılar zamanı eramızdan əvvəl V əsrə aid edilən məzarlıq aşkarlanıb. Piboz təpə adlanan ərazidə tapılan məzarlığın 2500 il bundan əvvələ aid olduğu müəyyən edilib. Ekspedisiyanın rəhbəri Ceyhun Eminli mətbuata bildirib ki, ərazidə 120-dən çox qəbir tapılıb. Qəbirlərdə qılınclar, nizələr, bıçaqlar, xəncərlər, gümüş və tuncdan hazırlanmış bəzək əşyaları və maraqlı bədii tərtibatı olan saxsı qablar da aşkar edilib.

İnterpress.az