Hindistan və Çin ordusu arasında toqquşma olubbackend

Hindistan və Çin ordusu arasında toqquşma olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PTI xəbər agentliyi bildirir ki, Çin əsgərləri Panqonq gölünə yaxın ərazidə Hindistan sərhəddini keçmək istəyiblər, əsgərlər daş atıblar və bu, hər iki tərəfdən zədələnmələrə səbəb olub. Pekin isə əksini deyir və əsgərlərinin Çinin ərazisində olduğunu bildirir.

İki ölkə həm də Doklom bölgəsində konfliktdədirlər. Bu ərazi Çin, Hindistan və Butanla sərhəddədir.

PTI ordu zəbitlərinə istinadən bildirir ki, son qarşıdurma Hindistanlı əsgərlər Çinin əsgərlərinin Ladak regionuna yaxın ərazidə yerləşən və Hindistan tərəfindən ərazi iddiası edilən sərhəddi keçməməsi üçün canlı sərhəd qurmalı olublar. Çin isə iddia edir ki, o bölgə Çinə məxsusdur.

Hindistan rəsmisi BBC-yə deyib ki, mediada gedən xəbərləri nə təkzib edir, nə də təsdiqləyir. Lakin qeyd edib ki, belə hadisələr baş verir.

Çinin Xarici İşlər Nazirliyi bəyan edib ki, Hindistan əsgərlərini ərazidən qeyd-şərtsiz çəkməlidir. Hindistan Xarici İşlər Nazirliyi də bildirib ki, Çin və Hindistan arasındakı sərhəddə ümumi təsvir edilmiş Aktual Nəzarət Xətti yoxdur. Əgər sərhədlərarası razılaşma olursa, Aktual Nəzarət Xətti hər hansı insidentdən uzaq durmaq üçün təsvir edilir.

Hindistan və Çin arasında 1962-ci ildə müharibə olub və indiyə kimi hələ də hər iki dövlət arasında iddia edilən ərazilər var. Bu səbəbdəndir ki, zaman-zaman iki ölkənin ordusu arasında qarşıdurmalar olur.

İnterpress.az