İranlı müxalifət lideri Mehdi Kerrubi aclıq aksiyasına başlayıbbackend

İranlı müxalifət lideri Mehdi Kerrubi aclıq aksiyasına başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, müxalif liderin həyat yoldaşı Fatma Kerrubi, həyat yoldaşının bu gün aclıq aksiyasına başladığını və ürək dərmanlarından heş bir şey gəbul söylədi.

Fatma Kerrubi, həyat yoldaşının, xalqın qarşısında mühakimə olunmağı və təhlükəsizlik qüvvələrinin evini tərk etməsini tələb etdiyini bildirib.

İranda 12 iyun 2009-da keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edən reformist hərəkatın liderlərindən Mehdi Kerrubi, seçkilərdən sonra çıxan hadisələrə dəstək verdiyi və bu səbəblə də ev həbsinə mahküm edilmişdi.

Kerrubi, keçən il aprel ayında Prezident Həsən Ruhaniyə xitabən yazdığı məktubda, \”Sizdən, ev həbsini sona çatdırasınız istəmirəm. Bunun sizin əlinizdə olmadığını bilirəm. Sadəcə, konstitusiyanın 168-ci maddəsi və xalqın sizə verdiyi səlahiyyəti istifadə edərək, açıq məhkəmədə ittiham olunmağımı rejimdən tələb etməyinizi istəyirəm\”-demişdi.

Qəlb rahatsızlığına görə, bir müddət əvvəl xəstəxanaya qaldırılan və uğurlu bir əməliyyat keçirən Kerrubi, yenidən ev həbsinə alınmışdı.

İnterpress.az