Obamanın bu tweeti rekord qırdı – Fotobackend

Obamanın bu tweeti rekord qırdı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, daha öncə Mançester və Londondakı terror hücumlarının ardından fikirlər söyləyən Obama, ABŞ-ın Charlottesville şəhərində baş verən zorakılıq hadisələrinin ardından da Twitter hesabından Nelson Mandelanın sözlərini bölüşdü.

Obamanın üç parça halında bölüşdüyü tweetlerdə, \”Heç kim anadangəlmə, başqa bir insanın dəri rənginə, keçmişinə, ya da dini üzündən ondan nifrət etməz. İnsanların nifrəti öyrənməsi lazımdır. Və əgər, onlara nifrət öyrədirlərsə, sevgi də öyrətmək olar. Çünki sevgi insan qəlbinə nisbətən çox daha təbii gəlir\”- ifadələri yer aldı.
Obamanın bu tweeti 1.2 milyon dəfə bölüşdürülərkən, 2.9 milyon izləyici tərəfindən rəğbət aldı. Bu rəqəmlə yanaşı, Nelson Mandela sözlərini ehtiva edən tweet, Twitter tarixinin ən bəyənilən tweeti oldu. Obamadan əvvəl ABŞ-lı müğənni Ariadnanın Grandenin, Mançesterdəki konsertində təşkil edilən intihar hücumunun ardından atdığı tweet ən bəyənilən tweet olmuşdu.

Obamanın bu tweeti rekord qırdı - Foto

İnterpress.az