BMT Baş Katibindən Şimali Koreya açıqlamasıbackend

BMT Baş Katibindən Şimali Koreya açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Guterres, BMT Ümumi Mərkəzində təşkil etdiyi mətbuat konfransında, Şimali Koreya və ABŞ arasındakı gərginlik ilə Venesueladakı proseslərə dair bəyanatlar verib.

Şimali Koreya müharibəsində 3 milyondan artıq adamın həyatını itirdiyini xatırladan Guterres, səhvləri təkrar etməmək üçün tarixdən ibrət alınması lazım olduğunu vurğulayıb.

BMT Təhlükəsizlik Şurasının son sanksiya qərarının, Şimali Koreyaya aydın bir mesaj göndərdiyini bildirən Guterres, sanksiyaların bütün ölkələrlə həyata keçirilməsi lazım olduğunun vurğulayıb.

Gutterres, \”Şimali Koreya ilə bağlı gərginlik illərdir görünməmiş bir səviyyəyə çatıb. Böhran siyasi həllini tapmalıdır, çünki hərbi müdaxilənin potensial nəticələrini düşünmək son dərəcə dəhşətli\”-dedi.

Dialoq və diplomatiya çağırışını təkrarlayan Guterres, ehtiyac duyulduqda BMT-nin hər zaman hazır olduğunu ifadə edib.
Venezuleadaki siyasi və iqtisadi qeyri-sabitliyə dair də qiymət verən Guterres, hökumət və müxalifətə \”dialoq və siyasi həll\” mesajı verdi.

ABŞ Prezidenti Donald Trumpın Venesuela üçün \”hərbi variant masada\” olduğunu açıqlamasının verilməsi üzərində Guterres, \”Latın Amerika, uğurlu bir şəkildə xarici müdaxilələrdən və avtoritar liderlərdən xilas olmağı bacardı. Bu irsinin qorunması lazım və Venesuelada da təmin edilməsi mühüm\”-cavabı verdi.

İnterpress.az