Livanda “təcavüzcüyə evlilik yolu ilə amnistiya” qanunu ləğv olundubackend

Livanda “təcavüzcüyə evlilik yolu ilə amnistiya” qanunu ləğv olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, Livan parlamenti bugünkü iclasında, cəza qanununun 522-ci maddəsinin ləğvinə qərar verdi. Sözügedən maddə, təcavüz cinayətində günahkar ilə əlilin evlənməsi halında cəza ortadan qaldırırdı.

Təcavüzcüyə \”evlilik yolu ilə amnistiya qanunu\” kimi tanınan tənzimləmə, Livanda 1940 çı ildən bu yana tətbiq edilirdi.

Məclis Ədliyyə Komissiyası, uzun müddətdir böyük reaksiya çəkən maddənin ləğvini 8 dekabr 2016-da gündəminə almış və fevral ayında təsdiq edərək parlamentə təqdim etmişdi.

Qanunun qaldırılmasına qarşı kampaniya aparan müxtəlif qeyri-hökumət təşkilatları (QHT), məclisin ləğv qərarını \”Qadınların qüruru üçün bir qələbə\” kimi qiymətləndirərək sosial mediada təbrik məktubları bölüşdü.

Sözügedən qanunun insan haqlarına zidd olduğunu bildirən QHT temscilciləri, daha əvvəl Beyrut sahili boyu ağ gəlinlik paltarlar asaraq reaksiyalarını dilə gətirmişdilər.

İnterpress.az