Səudiyyə Ərəbistanı Qətərli Hacı namizədlərinə icazə verdibackend

Səudiyyə Ərəbistanı Qətərli Hacı namizədlərinə icazə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı informasiya agentliyi SPA-ya görə, Kral Salman, Vəliəhd Şahzadə Məhəmməd Bin Əylənin, Qətər vətəndaşlarının Həcc ziyarətini yerinə yetirmək üçün Selva Sərhəd Qapısını istifadə etmələri istiqamətindəki təklifini qəbul edib.
Kral Salman, Qətər vətəndaşlarının Həcc üçün əvvəlcədən elektron viza icazəsi almadan Səudiyyə Ərəbistanı ərazisinə daxil olmasını təsdiq edib.

Şeyx Casim Al Sani, Vəliəhd Şahzadə Məhəmməd ilə dünən keçirdiyi görüşdə iki ölkə arasında köklü qardaşlıq əlaqələri olduğunu vurğulamış və Selva Sərhəd Qapısının açılması üçün vasitəçi olmuşdu.

Səudiyyə Ərəbistanı daha əvvəl verdiyi açıqlamada, Qətərli Hacı namizədlərinin ölkəyə yalnız hava yolunu istifadə edərək və Qətər Hava Yolları başqa şirkətlər vasitəsilə girəcəyini bildirmişdi. Qətər isə Səudiyyə Ərəbistanı Hacı namizədlərinə mane olmaqda günahlandırmışdı.

İnterpress.az