Sərinlədən Ləziz Dad: Dondurmalı Suflebackend

Sərinlədən Ləziz Dad: Dondurmalı Sufle

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

3 xörək qaşığı kərə yağı

100 q şokolad

Yarım su stəkanı süd

Yarım su stəkanı un

Yarım su stəkanı toz şəkər

1 yemək qaşığı kakao

3 yumurta

Dondurma

Hazırlanması:

Kərə yağını qazanda əridin və unu əlavə edib qovurun. Üzərinə süd, şəkər, şokolad parçaları və bir yemək qaşığı kakao əlavə edin. Qarışığı ocaqdan götürün. Yumurtaların ağı və sarısını ayırın. Yumurta ağlarını köpük olana qədər çırpın. Şokoladlı qarışığa yumurta sarılarını əlavə edin və yaxşıca qarışdırın. Daha sonra köpük yumurta ağlarını qazandakı bütün qarışığa əlavə edin. Sufle qablarını yağlayın və şəkər tozu səpin. Qarışığı sufle qablarına boşaldın. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişirin. Servis edərkən üzərinə dondurma əlavə edin.

Sərinlədən Ləziz Dad: Dondurmalı Sufle

İnterpress.az