Xamenei: “Əgər güclü dövlətsən, get öz ölkəni idarə et”backend

Xamenei: “Əgər güclü dövlətsən, get öz ölkəni idarə et”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, ötən bazar günü ABŞ-ın Charlottesville şəhərində küçəyə çıxan irqçilər ilə onlara reaksiya göstərən irqçilik əleyhdarları arasında baş verən hadisələr, İranın dini lideri Ayətullah Əli Xameneyinin də gündəminə gəldi.

Trump rəhbərliyi ilə tez-tez gərginlik yaşayan İranın dini lideri, çərşənbə günü Twitter hesabından apardığı bölgüdə, \”Ölkələrin münasibətlərinə müdaxilə etməkdənsə, öz ölkənizi idarə edin, ağ irqçiliyi mübarizə edin\” ifadələrini istifadə etdi.
Qeyd edək ki, ötən bazar günü ABŞ-ın Charlottesville şəhərində irqçilik əleyhinə etirazçıların üzərinə maşın sürmüş, hücumda bir qadın həyatını itirmişdi. ABŞ Prezidenti Trumpın irqçi və neonasist qrupları qəti bir dillə qınamasın və keçirdiyi mətbuat konfransında hər iki tərəfi də ittihamı ölkədə mübahisə yaratmışdı.

Xamenei bü günlərdə Trump rəhbərliyini hədəf alan bir bəyanat vermiş, açıqlamasında \”İrqçi ayrı-seçkilik və həm ağlar, həm də qaralara qarşı qorxunc insan haqları pozuntularını düzəlt. Əgər güclü dövlətsən, get öz ölkəni idarə et. Həqiqətən belə qayğıkeşsən Vaşinqton, Nyu-york və Los Anceles küçələrindəki inamsızlıq və şiddətlə mübarizə apar\” ifadələrini işlətmişdi.

İnterpress.az