Charlottesville küçələri yenə dolu: Şamlı Yürüşbackend

Charlottesville küçələri yenə dolu: Şamlı Yürüş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, həftə sonu əllərində məşəl daşıyan irqçi qrup Qu Klux Qəbilənin (KKK) üzvlərinin yürüş etdiyi Charlottesville şəhəri küçələrində bu dəfə irqçilik əleyhinə minlərlə insan əllərində şamlarla toplandı. Qrup, zorakılıq əleyhinə şüarlar ataraq mahnılar söylədi.

Mike Ludgwick (47) adlı nümayişçi, AGENTLİK müxbirinə verdiyi açıqlamada, \”küçələri geri almaq üçün\” toplaşdıqlarını bildirib. Həftə sonunda eyni küçələrdə KKK üzvlərinin cəmləşdiyini xatırladan Ludgwick, \”Bu küçələrdə faşistlərin izlərinin silinməsi lazımdır. Biz də onların məşəl daşıdığı küçələrə əllərimizdə şamlarla çıxaraq onların izlərini silmək istəyirik\”-dedi.

Sarah Whitson (26) isə həftə sonundakı hadisələrin bənzərlərinin bu şəhərin tarixində də baş verdiyinə qeyd etdi. Whitson, \”Bu şəhərin keçmişində irq müharibələri baş vermiş və bunu tarix kitablarında oxuyanda sanki heç vaxt bu təkrar omayacaq kimi düşünürdük, amma baş verən hadisələri görəndə cəmiyyətdə belə bir potensialın hər an hərəkətə keçə biləcəyini gördük və küçələrə sahib çıxmağımız lazım olduğunu anladıq\”-dedi.

Qeyd edək ki, Charlottesville-dəki etiraz aksiyaları zamanı irqçi və əleyhdar qrupları qarşı-qarşıya gəlmiş, mitinqlər zamanı irqçilik əleyhinə qrupun üzərinə maşın sürülməsi nəticəsində bir nəfər həyatını itirmiş, onlarla insan yaralanmışdı.

İnterpress.az