Cənubi Koreya lideri söz verdi: “Koreya yarımadasında bir daha müharibə olmayacaq”backend

Cənubi Koreya lideri söz verdi: “Koreya yarımadasında bir daha müharibə olmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Cənubi Koreya Prezidenti Mun Jae, vəzifədəki 100-ci günü münasibətilə keçirdiyi mətbuat konfransında Cənubi Koreya ilə ABŞ-ın siyasətlərinin eyni kursda olduğunu dedi. Mun, \”Koreya yarımadasında bir daha heç vaxt müharibə olmayacaq\” ifadələrini istifadə etdi.

ABŞ Prezidenti Donald Trumpın hər hansı bir hərbi qərar almadan öncə Cənubi Koreyaya məsləhət ediləcəyini təmin etdiyini bildirən Mun, \”Şimali Koreyaya qarşı hədsiz bir təzyiq tətbiq edilsə belə, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Bu məsələdə bizim və ABŞ-ın mövqeyi fərqli deyil\” şəklində danışdı.

Cənubi Koreya lideri Şimali Koreyanın nüvə silah işlərinin qırmızı xətt olduğunu bildirərkən, bu kursu qitələrarası balistik raketi tamamlamaq və bu raketləri uyğun nüvə başlıqlarla silahlandırmaq kimi xarakterizə etdi.

Əgər Şimali Koreya yenidən provokasiya etsə, bu dəfə daha sərt sanksiyalarla üzləşəcək və sonda ayaq üstdə qalmayacaq\”-deyən Mun Jae, \”Şimali Koreyaya daha çox təhlükəli qumar oynamaması barədə xəbərdarlıq edirəm\” ifadələrini istifadə etdi.

qeyd edək ki, may ayında vəzifəyə gələn və vəzifəyə gəldiyi gündən bu yana Şimali Koreya ilə masaya oturma fürsəti axtaran Mun, ötən çərşənbə axşamı günü verdiyi bəyanatda da Cənubi Koreyanın müharibəni əngəlləmək üçün hər şeyini ortaya qoyacağını bildirmişdi.

İnterpress.az