Avstraliyada islamofobiyaya qarşı reaksiya – Fotobackend

Avstraliyada islamofobiyaya qarşı reaksiya – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, Avstraliyada həddindən artıq sağçı Tək Millət partiyasının lideri Pol Hanson, bəzi Müsəlman qadınlar tərəfindən geyilən burkanı qadağan etmək üçün Senatda keçiriləcək sessiyaya burka ilə gəldi. Hanson, qara burkayla gəldikdən sonra təxminən 20 dəqiqə ərzində hər zamankı qoltuğuna oturdu, çıxış üçün çağırılanda isə burkanı çıxarıb; \”Bunu çıxartmaqdan çox xoşbəxtəm, belə bir şey parlamentdə olmamalıdır\” – dedi.

Pol Hanson bir bəyanat verərək \”Üzü tamamilə örtən geyimləri qadağan etmə ehtiyacı günümüz Avstraliya üçün mühüm məsələdi. Bir insan beretka və ya şlyapa taxıb Avstraliyada hər hansı bir yerə getsə, çıxarmamalı. Yaxşı, bəs bir insan sifətinin tam bağlananda niyə eyni reaksiya göstərilmir\”? -dedi.

Hanson, son illərdəi İslami geyimlərə qarşı çıxışları və məscid tikintisilə bağlı zidd hərəkətləri ilə tanınır.
Ədliyyə Naziri Corc Brandis isə Hansonun \”nümayişini\” pisləyib, ölkədəki azlıqlara təhqir etməməsi yönündə təngid edərək əlavə edib: \”Xeyr, Senator Hanson, burkanı qadağan etməyəcəyik\”.
qeyd olunur ki, Burka qadağa təklifi, cümə gününün irəliləyən saatlarında Senatda səsverməyə çıxarılacaq.

Avstraliyada islamofobiyaya qarşı reaksiya - Foto

Avstraliyada islamofobiyaya qarşı reaksiya - Foto

Avstraliyada islamofobiyaya qarşı reaksiya - Foto

İnterpress.az