Dünya miqyasında nəhəng araşdırma! Putin, yoxsa Trump mı daha etibarlı?backend

Dünya miqyasında nəhəng araşdırma! Putin, yoxsa Trump mı daha etibarlı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, Keçirilən sorğu nəticəsində Rusiya Prezidenti Vladimir Putinin, içlərində ABŞ-ın müttəfiqlərinin də olduğu bəzi ölkələrdə daxil olmaqla, bir çox ölkədə ABŞ Prezidenti Donald Trumptan daha etibarlı bir lider olaraq görüldüyü ortaya çıxdı.

Hər ölkədən 852 ilə 2,464 arası Pew Araşdırma Mərkəzinin sorğusuna görə, içlərində 7 NATO üzvü Avropa ölkəsi ilə Yaponiya və Cənubi Koreyanın də yerləşdiyi ölkələrin vətəndaşları, Putini dünyanın yaxşılığı üçün doğru olanı etmə məsələsində daha etibarlı bir lider kimi görür.

Qlobal olaraq Putinə etimad 40 faiz səviyyələrində seyr edərkən, Trumpa etimad isə 22 faiz kimi qeyd olunur.
Avropa ölkələrindən Türkiyə, Yunanıstan, Almaniya, Macarıstan, Fransa, İtaliya və İspaniyada Vladimir Putin daha etibarlı bir lider olaraq görülərkən, İngiltərə, Kanada, Hollandiya və Polşada Trumpa etibar nisbəti daha yüksək səviyyələrdə.

ABŞ-ın uzun müddətli müttəfiqləri Avstraliya, Filippin və İsraildə də Trump, dünya maraqları üçün daha etibarlı bir lider kimi görünür.

İnterpress.az