First Lady oğulları ilə əylənən qızı kabellə döydü – FOTObackend

First Lady oğulları ilə əylənən qızı kabellə döydü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Zimbabve Dövlət Başçısı Robert Mugabenin xanımı Amai Grace Mugabenin, oteldə gənc bir qızı yaraladığı irəli sürülüb. Cənubi Afrika yerli mətbuatı, oğullarını ziyarət etmək məqsədilə Mugabenin, 20 yaşlı model Qabriela Engels adlı qıza lüks bir otelin otağında hücum etdiyi iddiasına yer verdi.

İddia sosial media hesabından bölüşən Engels də Mugabenin uşaqlarının təcavüz əsnasında analarına müdaxilə etmədiyini və yalnız hadisəni izlədiklərini bildirib. Engels, alnında təcavüzdən qaynaqlandığını irəli sürdüyü kəsikləri göstərən bir fotonu da bölüşdü.

First Lady oğulları ilə əylənən qızı kabellə döydü - FOTO

Okayafrica adlı Zimbabve yerli saytına danışan iddia sahibi Qabriela Engels, \”Dubayda oxuyan uşaqları 25 yaşlı Robert Jnr və 21 yaşlı Chatunga\” ziyarət etmək üçün gələn qadının anaları olduğunu bilmirdim. Əlində bir uzun kabel vardı və məni onunla döyməyə başladı. Ağlını qaçırmış kimi arxa – arxaya vurdu. Otaqdan sürünərək çətinliklə çıxdım. Mən modeləm və üzümün hər tərəfi yara içində. Ədalət istəyirəm\” dedi.
Cənubi Afrika Xarici Əlaqələr və Əməkdaşlıq Sözçüsü Clayson Monyela, məhkəməyə daşınacağı qeyd edilən iddialara dair, \”Bu işdə diplomatik toxunulmazlıq tətbiq olunmayacaq və Grace Mugabe bir xanım olaraq, hökumətin və ya hökumət işçisinin bir hissəsi deyil, sadəcə, başqa birinin həyat yoldaşı olaraq iş görüləcək\”- ifadəsini istifadə etdi.
Qeyd edək ki, Grace Mugabe, ölkəsində həyat yoldaşından sonra prezident kürsüsünə əyləşəcək ən güclü namizədlərdən biri kimi göstərilir.

First Lady oğulları ilə əylənən qızı kabellə döydü - FOTO

İnterpress.az