Venesuelada böhranla bağlı zooparkdan heyvanlar oğurlanırbackend

Venesuelada böhranla bağlı zooparkdan heyvanlar oğurlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, uzun müddətdir iqtisadi böhranda olan Venesuelada, ölkənin qərbindəki Zulia şəhərində yerləşən zooparkda heyvanlar yoxa çıxıb. Ərzaq sıxıntısı ilə mübarizə aparan ölkədə, heyvanların yeyilmək üçün oğurlandığı güman edilir.

The Guardianın Venesuela polisinə əsaslandırdığı xəbərinə görə, istirahət boyu Zulia Metropolitan Zooparkından iki dənə pekkari (qabana bənzər heyvan) oğurlanb.

Polis rəsmisi Luis Morales, \”Heyvanların yeyilmə məqsədilə oğurlandığını hesab edirik\” -deyib.

Zoopark direktoru Leonardo Nunez isə son həftələrdə reallaşan oğurluğun başında narkotik dəstələrin olduğunu deyib. Nunez, narkotik alverçilərinin heyvanları oğurlayaraq kəsilmələri üçün satdığını bildirib.

Ölkədə bir müddətdir davam edən iqtisadi böhranla birlikdə gələn ərzaq qıtlığı, milyonlarla insanın zibil qutularından çıxanlar da daxil tapdıqlarını yediklləri bir şərait yaranmışdır.

Ölkədə yaşanan qıtlıq, zooparkdakı heyvanların qidalanmasına da mənfi təsir göstərmiş, paytaxt Caracastaki zooparkdan ötən il 50 heyvan aclıqdan həyatını itirmişdi.

Maduro hökuməti heyvan ölümlərini inkar edərkən, ölkədə baş verən ərzaq qıtlığı üçün iqtisadi bir müharibə aparan müxalifləri və Vaşinqton rəhbərliyini günahlandırmışdı.

İnterpress.az