Trump istefalara dözmədibackend

Trump istefalara dözmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, həftə sonu Charlottesville-də baş verən irqçi gərginliyin ardından Trumpın tətilə çıxması barədə və irqçi təcavüzünü pisləməyən bir açıqlama verməsinin ardından sənət, siyasət, idman və iqtisadiyyat dünyasından etiraz gəlmişdi.
Trumpın vəzifəyə gəlir gəlməz qurduğu və özünə iqtisadi sahədə müşavir olaraq yerləşdirdiyi Amerika İstehsal Şurası da (American Manufacturing Council) reaksiya göstərdi.
İlk başda Merck, Under Armour və Intel kimi markaların CEOLARI şuradakı vəzifələrini açıqlayarkən, sonradan Walmart, Ki Soup və 3 min CEOLARDa çalışan vəzifəlilər istefa verdi. Səs-küyə səbəb olan hər hərəkət və açıqlamadan sonra Trump çox sərt bir həmlə etdi.
Trump, reaksiyalar və istefaların ardından hər zaman olduğu kimi yenə də Twitterə üz tutdu. Trump, \”Amerika İstehsal Şurasındakı CEOLARA təzyiq qurmaq əvəzinə bu təşkilatçılığı sona çatdırıram\” – dedi.
Trumpın dəstəkçisi olan və Blackstone Groupun CEOLUĞUNU edən Stefan Schwarzman tərəfindən yaradılan AÜK beləliklə bir daha toplanmayacaq. Reutersa danışan mənbələr, Amerika İstehsal Şurasının sədri olan Schwarzmanın reaksiyalar üzərinə vəziyyəti Trumpa bildirdiyini deyib.

İnterpress.az