“Çətir İnqilab”-çılara həbs cəzasıbackend

“Çətir İnqilab”-çılara həbs cəzası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, Çinin Honq Konq Xüsusi İnzibati Ərazisində 2014-ci ildə keçirilən, \”Çətir İnqilabı\” adı verilən, etirazlara qatılan müstəqillik tərəfdarı olan 3 nəfərə, 6 il 8 ay həbs cəzası verildi.

South China Morning Postun xəbərinə görə, bölgədəki Ali Məhkəmə, \”Occupy Central\” (\”Mərkəzi işğal edin\”) şüarı ilə başlayan hadisələri qanunsuz təşkil etdikləri və başqalarını da aksiyaya təşviq etdikləri səbəblə də Coşua Wong Chi-Funga 6, Nathan Law Kwun-Chuna 8, Aleks Chow Yong-Kanga 7 ay həbs cəzası verib.

Çin, avqust 2014-də Honq Konq xalqının 2017-də keçirilməsi planlaşdırılan seçkidə öz liderlərini seçə biləcəyini, ancaq namizədlərin geniş iştiraklı bir komitə tərəfindən müəyyən edəcəyini açıqlamışdı. Bunun üzərinə müstəqillik tərəfdarları, Honq Konqda mitinqlər keçirmişdi.

Nümayişçilərin polisin istifadə etdiyi göz yaşı axıdıcı qaza qarşı özlərini qorumaq üçün çətir açması səbəbindən beynəlxalq ictimaiyyətdə \”Çətir İnqilabı\” olaraq adlandırılmışdı.

Qeyd olunur ki, Çində müstəqilliyi müdafiə edənlər, mərhələli seçki sisteminin yerinə bölgədə universal standartlarda seçkilərin keçirilməsini müdafiə edir.

Honq Konq, 1898-də imzalanan \”icarə sazişi\” uzun illər İngiltərə hakimiyyətində qaldıqdan sonra 1997-cı ildə Çinə təhvil verilmişdi. İmzalanan birgə bəyannamə çərçivəsində Honq Konqa, 2047-ci ilə qədər Çinə yalnız xarici siyasət və müdafiə kimi sahələrdə asılı olaraq \”vahid ölkə, iki sistem\” siyasətini, inzibati müstəqilliyini və quruluşunu qorumaq hüququ verilmişdir.
İnterpress.az