Təzyiqi yüksək olanlara qovun yemək olmazbackend

Təzyiqi yüksək olanlara qovun yemək olmaz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ön Asiyanın özünə məxsus (endemik) \”açur\”, \”kassaba\”, \”kantaluna\” kimi qovun sortları vardır. Orta Asiya qədimdən yüksək keyfiyyətli, şirin qovunları ilə tanınırdı.
Qovun Hindistan əhalisinə də qədimdən tanışdır. Burada indi də onun yabanı sortlarına rast gəlmək olar. Əhali bundan ərzaq kimi istifadə edir.
Misir mədəni qovunun ilk yayıldığı yerlərdən biri sayılır. Arximandrid İyeronimin məlumatlarında deyilir ki, Misir qovunu iri olur. Onun uzunluğu 90 santimetr, en kəsiyinin diametri isə 50 santimetrə çatır, \”əti\” ayrı-ayrı xəstəlikləri, eləcə də iltihabı sağaltmağa kömək edir. Demək olar ki, misirlilər üçün qovun həm yeməkdir, həm içkidir, həm də dərman.
Yüksək keyfiyyətli qovun yetişdirən ölkələrdən biri də İrandır. Orada əsrlər boyu böyük qayğıyla seçmə aparılmış və əla qovun sortları yetişdirilmişdir.

Təzyiqi yüksək olanlara qovun yemək olmaz

Mərvlə Balx arasında yerləşən Şübarkan adlı yerdə həmişə dadlı qovun məhsulu yığılırdı. Məşhur səyyah Marko Polo göstərirdi ki, bu məhsulun bir hissəsi yaxın ölkələrə də aparılırdı. Qovun İranın Şimalından Bağdada qurğuşun yeşiklərdə buzun içində daşınırdı.
Son zamanlara qədər Afrikada qovunun vəhşi sortlarına rast gəlinirdi. Kalaxari səhrasında yetişdirilən qovununu (\”samma\”nı) fransız səyyahı F.Balzak belə təsvir edir: \”…Əl dəyməmiş fantastik bir bostan… Günəşin şüaları altında minlərlə parlaq qovun parlayır. Yüzlərlə qovun 20-30 metr dərinliyə gedən kökdən ayrılaraq uzanan tağlarda ulduz kimi səpələnmişdir. Yükümüzü daşıyan heyvan qovunun içini yeyirdi. Qovunun şirəsi susuzluğumuzu yatırdı. Sonra isə biz qovun şirəsi ilə qablarımızı doldurduq\”. Müəllif daha sonra yazır ki, bu qovunlar yüksək keyfiyyətlərə malikdir. Buşmenlər onu çox xoşlayır, içini iştahla yeyir, yastı tumlarını isə qovurur, üyüdür və una döndərirlər. Onlar qovunun qabığından da istifadə edərək nimçə hazırlayırlar.
Avropalıların qovunla tanışlığı orta əsrlərdən başlanıb. Fransada qovunla əlaqədar maraqlı bir əhvalat yayılıb. Deyilənə görə, fransız kralı IV Henrix (1553-1610-cu illər) nəfsini saxlaya bilməyib çoxlu qovun yeyir, xəstələnir. Bununla əlaqədar qovunu məhkəməyə çəkirlər. Məhkəmə qovunun əlahəzrəti təhqir etməkdə günahkar olduğunu təsdiq edir və camaat qarşısında ona lənət oxumağı qərara alır. Onu Paris meydanlarının birində yerinə yetirirlər.

Deməliyik ki, XIX əsrdə Abşeronda — sahil boyu qumluqlarda çoxlu bostanlar var idi. Yetişdirilən dəmyə qarpız, qovun çox dadlı və şirin olurdu. Hər hektardan 10-13 ton məhsul götürülürdü. Saray və Corat kəndlərinin məhsulu dadına və şirinliyinə görə başqa kəndlərinkindən tamamilə seçilirdi.
Qovun dərini təravətləndirir, böyrəkləri, qanı təmizləyir.
Qovunda A vitamini, brom və yod daha çox olduğundan sinirləri sakitləşdirir, yuxu gətirir, qanı zəhərli maddələrdən təmizləyir, revmatizma zamanı faydalıdır. .
Qovun bağırsaqları yumşaldaraq qəbizliyi aradan qaldırır, qan artırır, bədənə sərinlik gətirir. Acqarına yeyilən qovun mədə-bağırsağın fəaliyyətini gücləndirir, lakin təzyiqi yüksək olanlara qovun yemək olmaz. Hər şeyi normadan artıq yedikdə orqanizmə ziyan verdiyi kimi qovunu da çox yedikdə orqanizmə rahatsızlıq gətirir.

İnterpress.az