Barselona birləşdibackend

Barselona birləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, qanlı aksiya turistlərin ən sıx olduğu dövrdə və şəhərin ən izdihamlı küçəsində baş verib.

Şəhər sakinləri təcavüzdən əziyyət çəkənlərə yardım etmək üçün səfərbər oldu. Bəziləri qan vermək üçün səhiyyə mərkəzlərinə qaçdı, bəziləri isə vasitələri ilə yardım əlini uzatdı.

Onlardan biri olan taksi sürücüsü Məhəmməd baş verənləri danışdı: \”Hər kəs tam olaraq nə olduğunu bilmədən bağırırdı. Çox qorxmuşdular. İsveçli turistləri maşınıma aldım. Qızlarının ayağı, bir bufetin rəfinə çarpdığı üçün yaralanmışdı. Hadisələr üzündən çaşıb qalmışdılar. Ağlıma gəldikcə canım yanır\”.

Ətrafdakı otellər təcavüzdən əziyyət çəkənlərə pulsuz xidmət təqdim etməyə hazır olduqlarını bildirib.

Barselona xalqı böyük bir həmrəylik nümunəsi nümayiş etdirdi. Şəhər sakinləri, təcavüzdən əziyyət çəkən İspanlara və turistlərə nəqliyyat və məskunlaşma məsələsində qucaq açdı.

İnterpress.az