Ermənistanda hərbçi yandırıldıbackend

Ermənistanda hərbçi yandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni mətbuatının xəbərinə əsasən erməni ordusunda xidmət aparan iki hərbçi arasında baş verən toqquşma birinin öldürülərək yandırılması ilə nəticələnib.

\”Ölkə.Az\” xəbər verir ki, 32 yaşlı Vardan Qriqoryanın yanmış meyiti tapılıb. Vardan 17 avqust tarixində yol kənarında, avtomobildə yandırılıb. Hadisə Tavus rayonunun Karmiragbyur kəndində baş verib. Vardan hərbçidir.

Əvvəlcə buna səbəb avtomobil qəzası göstərilirdi. Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə idarəsinin əməkdaşları və Tavus rayon polis idarəsi, hərbi qarnizon qeyd edib ki, bu hadisə qətldir. Qətli yuxarıda adıçəkilən kəndin sakini S.Lalayan törədib. Lalayan da erməni ordusunda müqavilə ilə xidmət göstərir.

Lalayan etiraf edib ki, Qriqoryanı öldürərək maşına qoyub sonra isə dərədən aşağı yumalayıb. Onun məqsədi qətlin üstünü örtmək və hadisəyə avtomobil qəzası donu geyindirmək olub.

Qətlin səbəbi isə Lalayanın qısqanclığı olub. Qriqoryan bir müddət Lalayanın arvadı ilə cinsi münasibət qurub. Baş verənləri öyrənən erməni hərbçisi əsgər Qriqoryanı öldürmək qərarına gəlib. Lalayan həbs edilib. Haqqında cinayət işi qaldırılıb.

İnterpress.az