Donald Trump istefa edir? – İddiabackend

Donald Trump istefa edir? – İddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, iddia, Trumpın 1987-ci ildə çap olunan və çox satılan \”The Art of The Deal\” adlı kitabın kabus yazıçı Toni Schwartzdan gəldi. Schwartz, Trumpın rəhbərliyinin əməli surətdə bitdiyini söylədi.
Twitter hesabında proqnozlarını bölüşən Schwartz, Trumpın Respublikaçı Partiyanın seçki kampaniyası dəstəyilə Rusiya arasındakı əlaqələrə dair istintaqın bitməsindən əvvəl istefa edəcəyini irəli sürdü.
Yazıçı \”Trumpın rəhbərliyi faktiki olaraq bitdi. İlin sonuna qədər vəzifədə qalsa heyrət edərəm. Payızda, ya da daha əvvəl istefa edəcək\” dedi.
Trumpın etrafındaki çevrənin \”işıq sürətilə\” daraldığını vurğulayan Schwartz \”Trump istefa edəcək və Mueller ilə Konqres ona variant buraxmadan qələbə elan edəcək\” ifadələrini istifadə etdi.
Qeyd edək ki, keçmiş FBI Sədri Robert Mueller, ABŞ-da Rusiya araşdırmasını aparır.

Toni Schwartz ötən il seçki kampaniyası əsnasında The New York jurnalına Trump ilə əlaqəsindən görə peşman olduğunu bildirmişdir.
Schwartz, \”Trumpa daha geniş marağa səbəb olduğum və onun olduğundan daha cəlbedici görünməsinə töhfə verdiyim üçün dərin bir peşmançılıq duyuram\” demişdi.

İnterpress.az