Müdhiş iddia. ABŞ-dan Səudiyyə Ərəbistanının Sakinilərə təklif…backend

Müdhiş iddia. ABŞ-dan Səudiyyə Ərəbistanının Sakinilərə təklif…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ nümayəndə heyətinin \”Suriyalı müxaliflərlə Türkiyənin bütün əlaqələri kəsilməli. Bu məsələdə təşəbbüs yenidən formalaşmalı\” dediyi irəli sürüldü. Bundan başqa, mərkəzi İstanbulda yerləşən Suriya Müxalif İnqilabçılar Qüvvələr Koalisiyası ilə (SMDK) Qaziantepdə fəaliyyət aparan Suriya Müvəqqəti Hökumətinin Türkiyə xaricinə çıxarılmasının da həmin görüşlərdə danışılan mövzular arasında yer aldığı iddia edilib.

İddiaya görə, yeni qərar və idarəetmə mərkəzinin Ər-Riyad olmasının edildiyi iclasda, silah və maddi-texniki dəstək məsələsində İordaniya və Misirin daha səmərəli istifadə olunması da qərara bağlandı. Trump rəhbərliyinin Səudiyyə Ərəbistanının yeni prosesdə \”lider rolu oynamasını istədiyi, Səudiyyə rəsmilərinin isə ABŞ-dan İranın Tahran-Bağdat-Şam-Beyrut Şiə dəhlizinin əngəllənməsi məsələsində dəstəyini istədiyi irəli sürülüb. Ər-Riyad rəhbərliyinin həmçinin İranın Yəmən və Bəhreyn məsələsində davam edən mövqeyi qarşısında ABŞ-dan daha fəal dəstək istədiyi də iddialar arasında yer aldı.

İnterpress.az