Ukrayna azərbaycanlılarından Saakaşviliyə dəstək: “Sərhəddə qarşılayacağıq”backend

Ukrayna azərbaycanlılarından Saakaşviliyə dəstək: “Sərhəddə qarşılayacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumata görə, bu barədə \”Facebook\” səhifəsidə \”Ukrayna azərbaycanlıların birləşmiş diasporu” ümumukrayna ictimai təşkilatının sədri Hikmət Cavadov deyib.

Sədrin sözlərinə görə, Ukrayna azərbaycanlıların bir qismi sentyabrın 10-da \”Krakovets” keçid məntəqəsinə gedib, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilini qarşılayacaq.

\”Mən və bizim bir neçə üzvümüz sentyabrın 10-da sərhəddə Saakaşvilni qarşılayacağıq.”

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili sentyabrın 10-da Polşa ərazisindən keçərək Ukraynaya qayıdacağını bəyan edib.

\”Mən Polşadan Ukraynaya sentyabrın 10-da Krakovets keçid məntəqəsindən qayıdıram”, – deyə çərşənbə günü \”Facebook\”da canlı yayımda M.Saakaşvili bildirib. O, Ukrayna hakimiyyət orqanlarına müraciət edərək, onun qayıdışı ilə bağlı \”sirk qurmamaq” və \”torpağı qazmamağa” çağırıb.

İnterpress.az