Bərzani ABŞ Mərkəz Qüvvətlər Komandiri Voteli qəbul edibbackend

Bərzani ABŞ Mərkəz Qüvvətlər Komandiri Voteli qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Bərzaninin ofisindən verilən məlumata görə, Ərbildəki prezident iqamətgahında baş tutan görüşdə \”tərəflərin terror təşkilatı DEAŞA qarşı apardıqları mübarizə, regiondakı siyasi proseslər və 25 sentyabrda keçirilməsi planlaşdırılan referendum\” məsələləri müzakirə olunub.

Görüşdə Bərzani, Votel başçılıq etdiyi nümayəndə heyətinə \”ABŞ-ın referendum barəsində həyəcan və narahatlığını başa düşdüklərini ancaq Vaşinqton rəhbərliyindən də Kürd xalqının qayğılarını, qərar və iradələrini anlamasını istədiyini\” söylədi.

Terrorla \”mübarizənin İKBYNİN prioritetləri arasında yer aldığını\” qeyd edən Bərzaninin, \”referendum prosesinin qətiyyən terrorla mübarizəyə mənfi təsiri olmayacağını vurğuladığı\” bildirilib.
Digər tərəfdən, ABŞ-lı Komandan Votelin də Peşmerge qüvvələrinin Mosuldakı qurtarma əməliyyatında İraq ordusu ilə həmrəylik içində hərəkət etdiyini söylədiyi qeyd edilib.

Votelin Peşmerge qüvvələrinin oynadığı roldan tərif ilə bəhs etdiyi qeyd olunub.
İnterpress.az