Sərnişin avtobus sürücüsünə tapança tuşladı – VİDEObackend

Sərnişin avtobus sürücüsünə tapança tuşladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün baş vermiş hadisə bütün çərçivələrdən kənara çıxır. Aşağıda təqdim etdiyimiz videoda görmək olar ki, “potensial sərnişin” avtobusa bunun üçün ayrılmamış yerdə minmək istəyir. Sürücünün və digər sərnişinlərin iradlarına isə Hollivud personajlarının “ən yaxşı ənənələr”inə uyğun olaraq tapança çıxarmaqla cavab verir.

Avtobus sürücüsünün soyuqqanlılığını qeyd etməmək olmur. O qorxmur və bu qorxmazlığı əslində daşıdığı insanları xilas edir.

Virtualaz.org-un redaksiyası ümid edir ki, hüquq-mühafizə orqanları şəhərdə odlu silahla dolaşan və dinc sakinlərə təhlükə törədən bu gənci axtarıb tapmaq üçün bütün zəruri tədbirləri görəcəklər, Nəqliyyat Nazirliyi isə bundan nəticəı çıxaracaq və ictimai nəqliyyatda gediş-gəlişin təhlükəsizliyini artıracaq.

İnterpress.az