Adnan Oktar azərbaycanlıları təhqir etdi — VİDEObackend

Adnan Oktar azərbaycanlıları təhqir etdi — VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adəti üzrə yenə də yarıçılpaq qızları başına yığıb sərsəmləmələrini kanal vasitəsilə yayımlayan Oktar Dağlıq Qarabağ savaşı ilə bağlı zalda əyləşənlərin fikrinə münasibət bildirəndə ermənilərin tərəfini saxlayaraq millətimizi təhqir edib.

\”12 Azərbaycan əsgərinin şəhid olmasından sonra Azərbaycan ordusuna aid hərbi qırıcıları cəbhə xəttində uçuşlar həyata keçirirlər. ABŞ hökuməti Azərbaycan-Ermənistan arasında gərginliyin artmasından narahat olduğunu bilirib\”-fikrindən sonra sərsəm alim söz alaraq :\”Azərbaycanda yolunu azanlar var. Ermənistanda da belələri var. Bunlar savaş və toqquşma istəyirlər. Hər iki tərəfin faşistləri var. Sevgi və sülhdən danışanda azərbaycanlılarda ifrat erməni nifrəti, ermənilərdə isə ifrat azərbaycanlı nifrəti üzə çıxır. Hamısında yox, müəyyən it-köpək qismində bu nifrət var. Məsum insanlardan nə istəyirsən? Sevgi və şəfqətlə yanaş. Qatil isə, bu başqa məsələ, qanun qarşısında cavab verər\”.

Əlinə təsbeh alıb sözünə davam edən Oktar Ermənistanın səfil gündə, pis vəziyyətdə yaşadığını deyib. O, yüz minlərlə erməninin Türkiyədə işlədiyini, Türkiyənin onlara şəfqətlə yanaşdığını deyib: \”Amma elə kasıbları var ki, it kimi boğuşmağa meyllidir. İnsan öldürmək cinayətdir\”.

İnterpress.az sözügedən videonu oxucularına təqdim edir.