Merkel və Şultz Ərdoğanın son açıqlamasına reaksiya verdibackend

Merkel və Şultz Ərdoğanın son açıqlamasına reaksiya verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada yaşayan türklərə səslənən Ərdoğan \”Türkiyə düşməni partiyalara səs verməyin\”-demişdi.

Ərdoğanın açıqlamaları Almaniyanın Sosial Demokratlar partiyasının baş nazir namizədi Martin Şults və kansler Angela Merkelin reaksiyasına səbəb olub.

Tvitter səhifəsində açıqlama verən Şults deyib: \”Ərdoğan həddini keçir. Azad və demokratik Türkiyə üçün savaşanlara daha çox dəstək olacağıq\”.

Ərdoğanın Almaniyada yaşayan türk seçicilərdən 3 partiyaya səs verməməyi istəməsi Merkelin də xoşuna gəlməyib. Kansler: \”Türklər də daxil olmaqla bütün alman vətəndaşların sərbəst seçim haqqı var. Heç bir müdaxiləyə icazə verməyəcəyik\”-deyə açıqlama verib.

İnterpress.az