Venesuelada vəzifədən alınan baş prokuror Kolumbiyaya sığındıbackend

Venesuelada vəzifədən alınan baş prokuror Kolumbiyaya sığındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Kolumbiya Miqrasiya İdarəsindən verilən yazılı açıqlamada, Ortega-nın Venesuelanın şimalındakı Niderland Krallığına bağlı Aruba adasından xüsusi təyyarə Kolumbiyanın paytaxtı Bogota çatdığı bildirilib.

Açıqlamada, Luisə Ortega Diazın Kolumbiyaya pənah ərizəsində olduğu qeyd edilərkən, Ortega-nın ölkəyə millət vəkili olan həyat yoldaşı German Ferrerle birlikdə getdiyi məlumatı bölüşdürülüb.

Venesuelada konstitusiyanın yenidən yazılması üçün yaradılan Qurucu Məclis, Baş Prokuror Luisə Ortega Diazın vəzifədən alınmasına yekdilliklə qərar vermişdi.

Daha əvvəl Dövlət Başçısı Nikola Maduronun müttəfiqi olan Ortega, aprel ayında hökumətə yaxın Ali Məhkəmənin, Milli Konqresin səlahiyyətlərini əlindən almaq cəhdinin ardından baş verən siyasi böhranda, hökumətin ölkənin konstitusiya rejimini aradan qaldırmağa çalışdığını müdafiə edərək hökumət əleyhdarlarının yanında yer almışdı.

Ortega, vəzifədən alınmadan əvvəl ölkədə 30 iyulda keçirilən Qurucu Məclis seçkilərinə texniki dəstək təmin edən şirkət rəsmisinin nəticələrlə oynadığına dair iddialarının ardından hadisənin araşdırılması üçün 2 prokurora tapşırıq verdiyini açıqlamışdı.

İnterpress.az