Almaniya terror tədbirləri görməyə başlayıbbackend

Almaniya terror tədbirləri görməyə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, cümə günü İspaniyada baş verən terror hadisələri Avropada terror tədbirlərini artırıb. Alman Daxili İşlər Nazirliyinin göstərişi ilə Almaniyanın Duisburg şəhərində terrorla mübarizə baryerləri qurulmağa başlandı. Alman Daxili İşlər Nazirliyi, terror hücumuna qarşı bələdiyyələri xəbərdarlıq edib. Xüsusən vətəndaşların tez-tez dolaşdığı sahələrdə təhlükəsizlik tədbirləri gücləndirilməyə başlanmışdır. Duisburg şəhər mərkəzindəki Königstrae adı verilən mübadilə küçəsində təhlükəsizlik qüvvələri və yanğınsöndürmə briqadaları terror baryerləri yaradır.

Duisburg üçün planlaşdırılan təhlükəsizlik tədbirləri şəhər mərkəzində qurulmağa başlandı. Duisburg Yanğınsöndürmə briqadaları, şəhər mərkəzində piyada bölgəsinin ətrafındakı sahələrdə şəhər içi hadisələrə maneə yaradacaq mobil şərait yaratdılar.
Duisburg Şəhərinin Bələdiyyə Sədri Sören Link, Barcelona terror hücumunun özünü dərindən kədərləndiyini ifadə edərək, terrorçuların Avropada nifrət içərisində insanları öldürməsinə və birgə dəyərlərin məhv edilməsinə icazə verməyəcəklərini söylədi. Link, \”Hazırda ittifaq vaxtı. Bu tədbirlər mümkün hadisələri nəzarət altında saxlamaq üçün görülən tədbirlərdir\” dedi.

İnterpress.az