ABŞ Müdafiə Naziri Mattis, Türkiyəyə gedirbackend

ABŞ Müdafiə Naziri Mattis, Türkiyəyə gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İranda baş verən inqilabdan bəri 38 ildir ilk dəfə bir İran Baş Qərargah Rəisi Türkiyəyə gəlmişdi. General-mayor Məhəmməd Baqirin 9 nəfərlik heyətlə həyata keçirdiyi tarixi səfərin əks-sədaları sürərkən, Xarici İşlər Naziri Çavuşoğlu, Rusiya Baş Qərargah Rəisinin də yaxında Türkiyəni ziyarət edəcəyini açıqlamışdı.

Maraqlı səfər zəncirinə sürpriz bir isim daha gəldi. ABŞ Müdafiə Nazirliyi, Nazir Cim Mattisin 23 avqustda Türkiyəyə səfər edəcəyini bildirib. ABŞ Müdafiə Nazirliyindən edilən yazılı açıqlamada, \”Nazir Mattis, 23 avqustda Türkiyəyə səfər edərək, Prezident Rəcəb Tayyib Ərdoğan, Müdafiə Naziri Nurəddin Canik və Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə görüşəcək\”- bildirilib.

Mattisin, danışıqlarında iki ölkə arasındakı \”strateji müttəfiqliyə\” qeyd edərək, regional sabitliyin bərqərar olması naminə iki ölkənin tərəfdaşlığını ələ alacağı, görüşlərdə eyni zamanda Türkiyənin terror təşkilatı PKK-ya qarşı təhlükəsizlik narahatlıqlarının danışılacağı qeyd olunub.

Nazir Mattisin, Türkiyə səfəri ərəfəsində İordaniyaya gedərək Kral II. Abdullah və Baş Qərargah Rəisi Mamont Freihat ilə görüşəcəyi qeyd edilib.
Açıqlamada, Mattisin 24 avqust cümə günü Ukraynada olacağı, Prezidenti Pyotr Poroşenko və Müdafiə Naziri Stepan Poltorak ilə bir araya gələcəyidə qeyd edilib.

İnterpress.az