ABŞ-da irqçilik əleyhinə ifrat sağçılar bir daha üz-üzə!backend

ABŞ-da irqçilik əleyhinə ifrat sağçılar bir daha üz-üzə!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, ABŞ-ın Boston şəhərində, həddindən artıq sağçı qrupların \”İfadə Azadlığı Mitinginə\” qarşı keçirilən aksiyaya irqçilik əleyhinə 15 mindən artıq adam iştirak edib.

Bostondakı irqçilik əleyhdarları, \”Ağ Amerikalıların üstünlüyünü müdafiə edən\” ifrat sağçı qrupların bir həftəyə yaxın müddətdir hazırlaşdıqları \”İfadə Azadlığı Mitinginə\” qarşı təşkil etdikləri aksiyada, zidd qrupa əzici bir üstünlük təmin edərək, mitinqi kölgədə qoydu.

Az sayda \”Söz Azadlığı Aksiya\” iştirakçıları, irqçilik əleyhdarlarının böyük əksəriyyətin və səsləndirdikləri şüarlardan sonra mitinqlərini erkən başa vurdular.

Əleyhinə nümayişdə, \”Siyahi Həyatları Əhəmiyyətlidir\” (Black Lives Matter) Hərəkatının liderlik etdiyi 15 mindən çox nümayişçi irqçilik əleyhinə şüarlar səsləndirərək, şəhər mərkəzinə getdilər.

Şəhər mərkəzindəki mitinq sahəsində iki qrup arasında zaman-zaman gərgin anlar yaşansa da Charlottesville-dəki irqçi hücum bənzər bir hadisə olmadan aksiya sona çatdırılıb.

Keçən həftə Charlottesville-də qrup və Ağ Amerikalıların üstünlüyünü müdafiə edən qruplarla baş verən qanlı hadisələrdən sonra, Boston polisi sıx təhlükəsizlik tədbirləri alıb. Boston Polis Rəisi Uilyam Evans hadisələrdə iki zidd qrupu ayrı saxlamaq üçün 500 polis məmurunun tapşırıldığını bildirib.

Bu arada, Bostondakı mitinqi təşkil edən Boston İfadə Azadlığı Koalisiyası sosial media üzərindən etdiyi açıqlamada, Charlottesville-də nümayiş keçirən \”KKK və Neonazi\” kimi irqçi qruplarla heç bir əlaqələri olmadığını vurğulayıb.

İnterpress.az