Əsəd: “Müharibə davam edir”backend

Əsəd: “Müharibə davam edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsəd, ordusunun partizanları hələ məğlub etmədiyini və müharibənin davam etdiyini deyib.

Suriya Prezidenti Bəşər Əsəd televiziya kanalında etdiyi açıqlamada, \”6 yarım ildir ki, davam edən daxili müharibədə qələbə işarələri olsa da, müharibə davam edir\” ifadələrini istifadə edərək, qələbə haqqında danışmağın mümkün olduğunu dedi. Əsəd, müttəfiqlərinin siyasi, hərbi və iqtisadi dəstəyinin müharibədə üstünlük verdiyini, müharibənin itki və yüklərini azaltdığını ifadə etdi.

Əsəd, Rusiyanın vasitəçiliyi ilə keçirilən regional atəşkəs müqavilələri məmnuniyyətlə qarşıladıqlarını və bunların üsyanlara son verəcəyini müdafiə etdi.

İnterpress.az