Bu gün Günəş tam tutulacaqbackend

Bu gün Günəş tam tutulacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Milli Günəş Rəsədxanasının yaydığı xəbərə əsasən, avqustun 21-də tam Günəş tutulması baş verəcək.

Tədqiqatçılar Günəş tacının əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olacağını bildirirlər.

Tutulma müddəti 2 dəqiqə 40 saniyə, yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edəcək.

Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edəcək bu nadir təbiət hadisəsini yalniz ABŞ sakinləri müşahidə edə biləcəklər. İlk dəfə olaraq ABŞ-ın bütün ştatlarını əhatə edəcək Günəş tutulmasına \”Böyük Amerika tutulması\” adı verilib.

Tutulma zamanı Günəş aktivliyi dünyanın ən güclü teleskopu olan DKIST vasitəsi ilə izləniləcək.

Növbəti Günəş tutulmasının isə 2035-ci il sentyabrın 2-də baş verəcəyi gözlənilir.

İnterpress.az