Qətərdən Səudiyyə Ərəbistanına – İmtinabackend

Qətərdən Səudiyyə Ərəbistanına – İmtina

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Qətər Mülki Aviasiya Nüfuzu, Qətərli Hacıların Ciddeyə nəqli üçün Səudiyyə Ərəbistanı Hava Yollarına icazə vermədiyi istiqamətindəki xəbərləri təkzib etdi.

Mülki Aviasiya Hakimiyyətindən bir səlahiyyətli tərəfindən edilən yazılı açıqlamada, Səudiyyə Ərəbistan Hava Yollarının Qətərli Hacıların nəqli üçün tələbdə olduğunu və özlərinin də bu məsələ ilə bağlı Qətər Vəqflər və İslam İşləri Nazirliyi ilə koordinasiya qurulacağı məlumatını qarşı tərəfə ötürdüklərini bildirib.

Səudiyyə Ərəbistanı Hava Yolları Baş Direktoru Saleh El-Casir daha əvvəl verdiyi yazılı açıqlamada, Qətər orqanlarının Dohadakı Beynəlxalq Hamed Hava Limanına eniş icazəsi verməməsi səbəbindən Qətərli Hacıların nəqli üçün keçiriləcək reyslərin yerinə yetirmədiyi çatdırmışdı.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Mülki Aviasiya Təşkilatı keçən cümə, Qətərli Hacı namizədlərinin Dohadan Ciddeyə nəqli üçün 7 yürüş keçirəcəyini bildirmişdi.

Ər-riyad rəhbərliyi, ötən çərşənbə günü Qətərli Hacı namizədlərinin əvvəlcədən elektron icazə almadan hava yoluyla ölkəyə girəcəklərini, xərclərinin isə Kral Salman bin Abdulaziz tərəfindən ödənəcəyini bildirmişdi.

İnterpress.az