Kubada hücuma məruz qalan Amerikalı diplomatların sayı artıbbackend

Kubada hücuma məruz qalan Amerikalı diplomatların sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən iki Amerikalı səlahiyyətli, CNN-ə verdikləri açıqlamada, 2016-ci ilin noyabr ayında başlayan və bu yazda sona çatan sirli hücumlar səbəbiylə 10 amerikalı diplomat və ailə üzvlərin müalicə gördüyünü söylədi.

Müalicə görən diplomatlardan ikisinin Kubaya geri qayıtmadığı, bəzi diplomatların da vəzifə müddətləri tamam olmadan ABŞ-a gəldiyi bildirildi.

ABŞ Xarici İşlər Nazirliyi Sözçüsü Heather Nauert, baş verən hadisələrə və kadr dəyişikliyinə baxmayaraq, ABŞ-ın Havana Səfirliyinin \”tamamilə operativ\” olduğunu açıqlayıb.
Amerikalı rəsmiləri, 5 Kanadalı diplomat və ailə üzvlərinin də iyun ayında bənzər şəkildə xəsarətlər alaraq eşitmə itkisi yaşadığını qeyd edib.

Qeyd edək ki, hadisə ilə əlaqədar ABŞ-da vəzifəli Kubalı iki diplomat deportasiya edilmişdi.

Kuba Xarici İşlər Nazirliyi, hadisənin araşdırıldığını və Kubalı diplomatların deportasiya edilməsinin \”haqsız və əsassız\” olduğunu açıqlamışdı.

Diplomatların karlığa yol açan bir növ səssiz cihaz ilə təcavüzə məruz qaldığı iddia edilir.

İnterpress.az