Qırğızıstan hökuməti istefa verdibackend

Qırğızıstan hökuməti istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstanın Baş naziri Sooronbay Jeenbekov hökumətin avqustun 21-də keçirilən iclasında məlumat verib.

Baş nazir deyib: \”Qırğızıstan Sosial-Demokrat Partiyası prezident seçkiləri üçün mənim namizədliyimi irəli sürüb. Oktyabrın 15-də keçiriləcək seçkilərdə iştirak edəcəyəm və hökumətin istefası da bununla əlaqədardır”.

Qırğızıstan Prezidenti Almazbek Atambayev istefanı qəbul edib. O, Sooronbay Jeenbekovla görüşündə ona təşəkkürünü bildirərək deyib: \”Prezidentliyim dövründə işlədiyim hökumətlərin ən yaxşısı sizin qurduğunuz hökumət olub”.

İnterpress.az