Şimali Koreya sonunda vurdu, amma su bombasıylabackend

Şimali Koreya sonunda vurdu, amma su bombasıyla

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreyanın xəbərdarlıq etmədən Cənubi Koreya sərhədindəki bir səddin qapaqlarını açması nəticəsi, Cənubi Koreyada suların təhlükəli səviyyəyə çatdığı bildirildi.
Şimali Koreyanın Cənubi Koreya ilə arasındakı Hwanggang Bəndinin qapaqlarını xəbərdarlıq etmədən açması, Cənubi Koreyanın Injim Çayındakı Pilseung Körpüsü altında suların 6 metr yüksəlməsinə yol açdı. Suların 7.5 metrə çatmasının böhrana yol açacağı ifadə edilərkən, Cənubi Koreya rəsmiləri su yüksəkliyini müşahidə etdiklərini söylədi. Şimali Koreyanın bənd qapaqlarını açaraq su salmasının Cənubi Koreyanın eyni bölgəsində yaşayanlar üçün ölümcül təhlükə kəsb etdiyi də qeyd edilib.
2009-ci ildə Şimali Koreyanın bənd sularını atması səbəbilə Cənubi Koreya vətəndaşı 6 nəfərin öldüyü bildirilib. Ölümlərin sonra Şimali Koreyanın su anbarının qapısının açılmasından əvvəl Cənubi Koreyaya xəbər vermə sözü vermiş olduğuna diqqət çəkildi.
Digər tərəfdən, Pyongyang rəhbərliyinin etirazlarına baxmayaraq, ABŞ və Cənubi Koreya, 10 gün davam edəcək illik birgə hərbi təlimini başladı. Təlimdə 17.500 ABŞ və 50 min Cənubi Koreya əsgəri iştirak edir.

İnterpress.az