Donald Trump: “Qəbul edilməz”backend

Donald Trump: “Qəbul edilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trump, ölkəsinin 16 ildir ki, müharibədə olduğu Əfqanıstandan sürətli bir şəkildə çəkilməsinin \”proqnozlaşdırmaq və qəbul edilməz\” nəticələrini qarşısını almaq üçün mübarizə edilməsi lazım olduğunu söylədi.

Trump, Virciniyadakı Fort Myer hərbi bazasında çıxış edərkən, Əfqanıstan ilə bağlı yeni döyüş strategiyasını açıqladı.

Donald Trump, \”Əfqanıstan və daha geniş regionda qarşılaşdığımız təhlükəsizlik təhdidlərinin çox böyük olduğu nəticəsinə gəldim\”.
\”Birlik baxımından və ya gələcək hərbi fəaliyyət planımız haqqında danışmayacağıq\”-deyən Trump, təsadüfi vaxt cədvəllərinin deyil, meydançadakı şərtlərin bundan sonrakı strategiyalarını yönəldəcəyini qeyd edib.

Trump, ABŞ-ın Əfqanıstandan sürətli bir şəkildə çəkilməsinin \”proqnozlaşdırmaq və qəbul edilməz\” nəticələrini qarşısını almaq üçün mübarizəni davam etdirmələri lazım olduğunu bildirib.

Əfqanıstan xalqının, öz millətinin təhlükəsizliyini təmin edəcəyini bildirən Trump, \”Əfqanlar öz millətini inşa edəcək və öz gələcəyini müəyyənləşdirəcək. Onların uğurlu olmasını istəyirik\”-dedi.

Əfqanıstandan sürətli çıxışın qəbul edilməz olduğuna və bir iqtidar boşluğu yaradacağına toxunan Trump, ABŞ-ın \”qələbə\” üçün bir yola ehtiyacı olduğunu dilə gətirdi.

Amerika xalqının \”qələbə olmadan müharibə yorğunu\” olduğunu deyən Trump, Amerika xalqının xəyal qırıqlığını bölüşdüyünü ifadə edib.

ABŞ-ın bir qismi zərər gördüyü zaman xalqının hamısının bundan zərər görəcəyinə işarə edən Trump, \”Millətimizə sədaqət, bir-birimizə sədaqət istəyir. Amerika sevgisi, xalqının hamısının sevgisini tələb edir\” açıqlamasını etdi.

ABŞ-ı xaricdəki düşmənlərinə qarşı müdafiə etmək üçün ittifaq olmağın əhəmiyyətinə diqqəti çəkən Trump, Amerikalıların həyatını və Amerikanın maraqlarını qorumaq məsələsindəki qərarlığını vurğulayıb.

İnterpress.az