ABŞ Gizli Xidmətinin illik büdcəsinin 7 ayda bitdiyi iddia edilibbackend

ABŞ Gizli Xidmətinin illik büdcəsinin 7 ayda bitdiyi iddia edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, ABŞ-ın ən çox satılan qəzetlərindən USA Todayin xəbərinə görə, Trumpın sədrlik vəzifəsinə gəldiyindən hələ 7 ay keçməsinə baxmayaraq, Gizli Xidmət bir illik büdcəsini istifadə edib.

Xəbərdə, Trumpın demək olar ki, hər həftə sonu Floridada yerləşən qolf klubuna getməsi səbəbindən maliyyə çətinlik çəkdiyi iddiasına yer verilib.

Gizli Xidmət Direktoru Randloph Alles isə məsələ ilə bağlı açıqlamasında Trumpın geniş bir ailəsi olduğunu bildirərək, \”Bizim də qanuni olaraq onları qoruma zərurətimiz var. Bu qanunu dəyişdirə bilmərəm – dedi.
Alles, Konqresin özləri üçün ayrılan büdcəyə əlavə etməsi lazım olduğunu ifadə edərək, Gizli Xidmət əməkdaşlarının illik 160 min dollar olan maaşlarının Trumpın ilk dövründə illik 187 min dollara yüksəldilməsinin münasib olacağını deyib.
Gizli Xidmət, keçmiş ABŞ Prezidenti Barak Obama dövründə, Obamanın ailəsi daxil cəmi 31 nəfərin təhlükəsizliyindən tapşırılır. Trumpın dövründə isə Trumpın 18 nəfərlik ailəsi daxil cəmi 42 nəfəri qorumaqla üzrə hala gəlıb.

İnterpress.az