Bərzani: “Referendumu təxirə salmayacayıq”backend

Bərzani: “Referendumu təxirə salmayacayıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyi (IKYB) Başçısı Məsud Bərzani, İraqın Ərbil şəhərindəki Saad Abdulla Konfrans Salonunda İKBYDEKİ həmkarlar ittifaqları və qeyri-hökumət təşkilatları nümayəndələri bir araya gələrək, referendumla bağlı çıxış edib.

Sentyabrda keçirmək istədikləri referenduma ölkələrin verdiyi reaksiyalara toxunan Bərzani, \”Bəzi ölkələrin və xalqların referendum zamanı deyil açıqlamasına həqiqətən təəccüblənirəm. Bir günah işləmədik! Bu çox demokratik və dinc bir tətbiqi. Təbii haqqımızı istifadə edirik. Əslində bir xalqın istəklərini əngəlləməyə çalışmaq cinayətdir\”- dedi.

Referandumun \”təxirə salınması kimi bir vəziyyətin söz mövzusu olmadığını qeyd edən Bərzani,\” Referendumdan daha yaxşı bir alternativ varsa, buyursunlar ancaq 140-cı maddə (konstitusiyadakı mübahisəli bölgələrin statusu) tətbiq edəcəyik, Peşmergeyə bir az pul göndərəcəyik – desələr olmaz. Bir neçə ay sürər və vəziyyət keçmişə qayıdar. Hər kəs yaxşı bilir ki, məsələ tərəflər arasında etibarın yox olmasıdır. Referendumu təxirə salmayacağıq\”-dedi.

Keçirmək istədikləri referendumun, İraqın bütövlüyünə təhdid olub, konstitusiyada belə bir hökmün yer almadığına reaksiya verən Bərzani, çıxışını belə tamamladı:

İraqın bütövlüyü üçün konstitusiyada belə deyilir: \”Qanunların həyata keçirilməsi halında bütövlük təmin edilir. Bunun konstitusiyaya əlavə olunması üçün zamanında çox müzakirə etdik. İndi isə, deyirlər; Konstitusiyada sizə referendum keçirilməsi hüququnu təmin edən heç bir maddə yoxdur. Bəs, konstitusiyanın hansı maddəsi bizim büdcəmizin kəsilməsi hökmünü verir\”?

İnterpress.az